Elçin Zahiroğlu azad edildi: Xalq şairi danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu sərbəst buraxılıb. 

İyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu sərbəst buraxılıb.

Bu barədə Musavat.com-a onun yaxınları xəbər veriblər.

Jurnalistin dayısı, xalq şairi Sabir Rüstəmxanlı onun azadlığa çıxacağına əvvəldən inandığını bildirib. Rüstəmxanlı qeyd edib ki, E.Zahiroğlunun həbs xəbərini eşidəndə rayonda olub:

“Mən Elçini tanıyıram, jurnalistlərimiz də tanıyır. Narahatlıq da keçirmədim. Daxili İşlər Nazirliyinin bu məsələdə nə qədər ədalətli mövqe tutacağından əmin idim və gözlədiyim kimi də oldu”.

Müsahibimiz qohumunun eks-həmkarı olan millət vəkili Elmira Axundovanın oğlunun şikayəti əsasında həbs olunmasına da münasibət bilidrib və deyib ki, E.Axundova da, oğlu da jurnalistlərdən çox narazıdılar: “Jurnalistlər onlara rahatlıq vermirlər. Amma burada bir jurnalist həmrəyliyi olmalıdır. Elmira xanım çox istedadlı jurnalist, cildlərlə kitabın müəllifi, qələm adamıdır. Heç vaxt demirlər ki, Həbib nəsə etdi. Yazırlar ki, Elmira Axundovanın oğlu filan şeyi etdi. Ona görə də Elmira da, oğlu da bu məsələdə qəzəblidir. Əllərinə xırda bir şey düşəndə də nəticəsi belə olur”.

Xatırladaq ki, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Onun deputat Elmira Axundovanın oğlunun iddiası ilə saxlanıldığı bildirilirdi.