Bu gün müasir Azərbaycan jurnalistikasının görkəmli siması, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlinskinin doğum günüdür.
Bu gün müasir Azərbaycan jurnalistikasının görkəmli siması, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlinskinin doğum günüdür.
Şıxlinski Elçin İsmayıl oğlu 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, məşhur yazıçı İsmayıl Şıxlının ailəsində anadan olub. 1974-cü ildə orta məktəbi bitirən E.Şıxlinski Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin ali təhsil ocağını ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirib.
1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləyib.
1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi olub. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti , 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi vəzifəsində işləyib.
1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azərbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışıb.
1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna” – “Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından indiyədək “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktorudur.
Elçin Şıxlinski 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Azərbaycanın “Əməkdar jurnalisti” adına layiq görülüb. Evlidir, 2 övladı var.
Elçin Şıxlinski media sferasında böyük nüfuza malik jurnalistlərdəndir. O, daima təmkinli davranışı, prinsipial mövqeyi, hadisələrə soyuqqanlı yanaşması ilə fərqlənir.
“Yeni Müsavat”