Ana Vətən Partiyasının (AVP) sədri seçildiyini bildirən Elçin Ağamalıya məxsus “Altus” MMC-nin vergi borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, MMC-nin dövlətə 3 923 AZN borcu var.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, mənzil 10-dur.
Qeyd: E.Ağamalı AVP-nin sədrliyindən istefa verdiyini bildirən Fəzail Ağamalının oğludur. Hazırda partiyada sədrlik postu uğrunda mübarizə davam edir.










