Əlcəzair hökuməti istefa verdi

Əlcəzair hökuməti istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib.

RİA Novosti-nin məlumatına görə, bu barədə ölkə prezidentinin rəsmi dəftərxanası bəyanat yayıb.

Fevralın 22-dən davam edən kütləvi etirazlara səbəb prezident Əbdüləziz Buteflikinin yenidən prezident seçilmək istəyidir.

Vətəndaşlar prezidentin çox qoca və xəstə olduğunu, ölkəni müstəqil idarə edə bilmədiyini əsas gətirirlər.