Aparıcı-aktyor Elcan Rəsulovun ARB kanalında yayımlanan “100/100” verilişi bağlanıb.
TİA.AZ axşam.az-a istinadən xəbər verir ki, proqramın yalnız iki bölümü efirə gedib.
Elcan layihənin dayandırılmasının səbəbini açıqlayıb. O bildirib ki, veriliş gözlənilən reytinqi verməyib.
Qeyd edək ki, proqram sentyabrın 17-də efirə gedib. Onlar “100/100″ün həftə içi beş gün yayımlanacağını bildirmişdilər.