Elbay Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib

Elbay Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev əməkdar memar Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Qasımzadə 1948-ci ilin dekabrın 26-da Bakıda anadn olub. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədridir. Dekabrın 26-da E.Qasımzadənin 70 yaşı tamam olur.