Elariz şeiri ilə ELZANI GERİDƏ QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış ifaçı Elariz Məmmədoğlu həmkarı, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahana şeir həsr edib. 

Tanınmış ifaçı Elariz Məmmədoğlu həmkarı, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahana şeir həsr edib.

TİA.AZ xəbər verir ki, özünəməxsus şeirləri ilə pərəstişkarlarını təəccübləndirməyi sevən Elzanı bu dəfə yaxın dostu və həmkarı vəsf edib. E.Məmmədoğlu dostuna həsr etdiyi şeiri sosial şəbəkədə paylaşıb.

Gözəllər gözəli Elza

Sənə həsrət qalıb şəhri-penza,

Oxusam sənə helelyoza

Sözlərini yoza-yoza,

Vərəqləri yaza-yaza,

Qəbirləri qaza-qaza,

Su çiləyin torpağa toza.

Həsrət qalmışıq qoza,

Bu nə əda, bu nə poza?

Güllər içində roza

Təbii gözəl Elza.

Bəsdir özün qoydun naza,

Bəlkə basasan tormoza?

Vitamin ye, qlyukoza,

Canına bax, ay Elza

Gecələr yat, ay Elza

Sabahlar qalx, ay Elza

Şeirlər qoş tara, saza

Qoyma qalsın ayaza

Sətirlərin köhnə, taza

Fikir vermə bahar-yaza,

Gəl baş vuraq kür-araza

Göz vurarıq ördək-qaza,

Oturmarıq naza, kamaza,

Bir baxsana, mən tək baza

Şair odur yaza-poza,

Hərdən qulaq asa caza,

Özünə bax, ay Elza,

Sözünə bax, ay Elza,

Gözünə bax, ay Elza,

Üzümə bax, ay Elza.

Sən canımızsan, Elza

Başa bəlasan, Elza.