Elariz ABŞ-dakı seçkilərə getdi, amma səs verə bilmədi

Elariz ABŞ-dakı seçkilərə getdi, amma səs verə bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Elariz Məmmədoğlu da xanımı ilə birgə ABŞ-da keçirilən prezident seçkilərinə gedib.

Bu barədə müğənni sosial şəbəkədə paylaşdığı videoda qeyd edib.

“Günəşli bir Amerika günü. 5 noyabr 2024-cü il. Bu gün xanımımla birgə səsverməyə gedirik. Lakin mən səs verməyəcəm, çünki Amerika vətəndaşlığım yoxdur. Amma xanımım artıq Amerika vətəndaşı olduğu üçün səs verəcək. Görək, necə olur”,-deyə müğənni qeyd edib.

Xatırladaq ki, illər əvvəl Elariz Məmmədoğlunun xanımı “Green card” udub. Bundan sonra müğənni ailəsi ilə birgə okeanın o tayına, Amerikaya köçüb.