Evini elan saytına satışa qoyan şəxsin kartından 10 minə yaxın pulunu oğurlayıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirlinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, alıcı adı ilə zəng edən şəxs evini satanın pulunu mənimsəyib:
“Əlinizdə olan smartfonda cinayətkar var, ehtiyatsız olsanız talayacaqdır. Vətəndaş naməlum şəxsə inandığı anda zərərə məruz qalır. Çünki kiber risklər, təhlükələr xaricdə formalaşdırılan cinayətkar qruplar tərəfindən təşkil olunur.
Evini elan saytında satışa qoyur, ona zəng gəlir ki, evi almaq istəyirəm, kart məlumatlarını verin, beh göndərəcəyəm. Vətəndaş isə 16 rəqəmdən əlavə digər məxfi məlumatları da göndərib. Və bank kartında olan 9920 manat oğurlanıb”.
Nigar İxtiyarqızı