“Əl Ərəbiyyə” qəzeti iddia edib ki, İran İsraili keçən hücumlardan fərqli olaraq, yeni raketlərlə vuracaq.
Tribunainfo.az xəbər verir ki, sözügedən qəzet “Xeybər” raketlərindən istifadə olunacağını iddia edib.
Qeyd edək ki, “Xeybər-4” raketləri “Xürrəmşəhr” seriyalı raketlərin sonuncu modelidir. Onun vurma mənzili 2000 km-ə qədərdir. Ağırlığı isə 1500 kq-dır. Raketin 1000 kq-a qədər hissəsi partlayıcı, 500 kq isə daşıyıcı hissədən ibarətdir.