“Əl-Cəzirə”nin İsrail ofisinə hücum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Cəzirə” televiziyasının Qüdsdə yerləşən ofisinə bir qrup israilli hücum edib. 

“Əl-Cəzirə” televiziyasının Qüdsdə yerləşən ofisinə bir qrup israilli hücum edib.

TİA.AZ xəbər verir ki, “Əl-Cəzirə” televiziyasında verilən məlumatda bir qrup yəhudi fanatiklərin qərbi Qüdsdə yerləşən ofislərinə hücum etdiyi bildirilib. Qətərin “terror təşkilatına dəstək verməsini” iddia edən qruplaşma kanalın ofisinin bağlanmasını İsrail hökumətindən tələb edib.

İsrail hökumətindən sözügedən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Qətərlə 9 ölkənin münasibətləri kəsildikdən sonra “Əl-Cəzirə”nin də bir neçə ölkədə yayım lisenziyası ləğv edilib və ofisləri bağlanıb.