Ekvador tarixində ən gənc Prezident seçildi

Ekvador tarixində ən gənc Prezident seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda “Milli Demokratik Hərəkat” alyansının namizədi Daniel Noboa qalib gəlib. 

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, səslərin 90,23 %-nin hesablanmasına əsasən, Noboa 52,29 % göstərici ilə qələbə qazanıb. Onun “Vətəndaş inqilabı” hərəkatından əsas rəqibi Luis Qonzales isə 47,71 % səs toplaya bilib.

Ölkənin ən varlı sahibkarlarından birinin oğlu olan 35 yaşlı Daniel Noboa ölkə tarixinin ən gənc prezidenti olacaq.