EKSTRASENS:”YAXINDA QARABAĞIN ALINMASINI QEYD EDƏCƏYİK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Etibar Nəsibov TİA.AZ-a dünyada və Azərbaycanda baş verə biləcək hadisələr haqqında şok proqnozlar verib. 

Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Etibar Nəsibov TİA.AZ-a dünyada və Azərbaycanda baş verə biləcək hadisələr haqqında şok proqnozlar verib.

Ekstrasensdən müsahibəni qısa təqdim edirik:

– Qarabağla bağlı bu il sevinəcəyikmi?

– Mən bu haqda öz “Facebook” səhifəmdə paylaşmışam. Bəli, yaxın vaxtlarda Qarabağın alınmasının qeyd edəcəyik. Xırda qan töküləcək, amma torpaqlar verilməyə başlayacaq. Birinci, üç ölkə arasında sülh danışıqları başlayacaq.
İkinci şərtləri biz tərəf qəbul etməlidir. Üçüncü fikir, torpaqlarımız verildikdən 12 il sonra yaşayış haqqında yenidən söhbətlər olunacaq.

– Ermənistanla bağlı nə deyə bilərsiz? 

– Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edəcək. Ermənistanda lider birini öldürəcəklər. Uzun sifət, ağ baş insan hakimiyyəti idarə edəcək.
İlham Əliyevə böyük medal görünür. O, bizim fəxrimizdir.

– Dünyada nələr baş verəcək?

– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında ciddi münasibətlər pozulacaq. Dunyanın 4 böyük ölkəsi türk dövlətini 2029- cu ilə qədər 2 hissəyə bölmək istəyir. 5- 6 ay ərzində Rusiya prezidenti Vladimir Putinlə Ukraniya arasında gərginlik yenə başlayacaq. Yaxın vaxt dünyanın bir çox ölkəsini qara buludlar bürüyəcək və göydən bir çox gurultu səsləri, hətta okeandan qeyri- adi gurultular eşidiləcək. İkinci proqnoz, Putinə qarşı 2 ölkə sanksiya verəcək.
Rusiya-Ukraniya münasibətləri gərginləşəcək.

–  Türkiyə üçün necə il olacaq?

– Ayasofyada və Fənərbahçə futbol klubu oyununda kütləvI qətliama səbəb olan terror və çoxlu qan görünür. Bundan sonra iki məşhur sənətçi həyatını itirəcək. Milli Məclisdə qarmaşıq hadisə yaşanacaq. Təyyarə qəzası, ölkənin cənub- şərqində zəlzələ, metro və qatar yolunda partlayış olacaq. Məşhur liderə qarşı terror aksiyası keçiriləcək. Çoxlu insan itkisinə səbəb olan qətliam hadisəsi yaşanacaq. Türkiyə ilə Avropa münasibətləri daha da pisləşəcək. Rusiya ilə münasibətləri yenə də pozmağa çalışacaqlar. 4 sentyabrda ölkədə böyük bir aksiya keçirmək istəyəcəklər. Türkiyədə referendumdan sonra iki partiyada ciddi problem ortaya çıxacaq. Bunun arxasınca 3 böyük şəhərdə pis hadisələr yaşanacaq. İki  böyük dövlət Türkiyəni iki il ərzində öz aralarında bölüşdürmək istəyirlər. Hətta yaxında Türkiyəni qarışdıracaqlar. ABŞ prezidenti Donald Tramp Türkiyə ilə əlaqəli planlarını gerçəkləşdirməyə çalışacaq. 2018 mart ayında isə ABŞ-dan uzanan əllər Türkiyədə bir xaos yaratmağı planlayır. 2019-2027-ci illər Türkiyə üçün çətin illər olacaq.

İlahə