Rusiyada yayımlanan məşhur “Ekstrasenslərin döyüşü” (Bitva ekstrasensov) şousunun keçmiş iştirakçısı verdiyi anonim müsahibədə ona layihənin finalına çıxmaq üçün pul ödəməklə bağlı təklif edildiyini açıqlayıb.
Kult.az xəbər verir ki, bu barədə “360” telekanalı informasiya yayıb.
“Kastinq mərhələsində və informasiya yayılmamasına dair müqavilə imzalandıqdan dərhal sonra mənə müsabiqədə iştirak və layihənin aparıcılığını almaq təklif olundu. Bu, dördüncü mövsüm idi və o zaman məbləğ 450 min təşkil edirdi. Daha doğrusu, yarım milyon rubl ödəyirsən və sən artıq kastinq mərhələsindən birbaşa finalçı olursan”, – şounun keçmiş iştirakçısı bildirib.
Müsahibin sözlərinə görə, bütün iştirakçılara redaktorlar rəhbərlik edir, sınaqlardan əvvəl isə prodüserlərin əvvəlcədən topladığı zəruri informasiyalar iştirakçılara verilir.
O, həmçinin müsabiqədə ekstrasensliklə heç bir əlaqəsi olmayan bir çox şəxsin iştirak etdiyini bildirib. Burada yalnız iştirak belə gələcəkdə yaxşı qazanc üçün zəmanət verir. Proqramın təşkilatçıları da bu amili çox gözəl dərk edirlər.
“Əgər fikir verdinizsə, aparıcı Marat Başarov izləyicilərə ekstrasenslərlə şəxsi seanslar üçün pul ödəmələri barədə xəbərdarlıq etdi. Təşkilatçıların özləri bunu etməməyi məsləhət gördülər. Görünür, hələ də vicdanları qalıb”, – müsahib bildirib.
Qeyd edək ki, həmyerlimiz Zirəddin Rzayev də “Bitva ekstrasensov” (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır.