“Ekspressbank”ın başı dərddə: İctimai fəal Prezidentə MÜRACİƏT EDƏCƏKbackend

“Ekspressbank”ın başı dərddə: İctimai fəal Prezidentə MÜRACİƏT EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai fəal İlkin Rüstəmzadə “Ekspressbank”la bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb.

Yenisabah.azxəbər verir ki, İlkin Rüstəmzadə bankda ona qarşı haqsızlıq edildiyinə görə bu addımı atacağını qeyd edib.

“Gəlmişəm “Ekspressbank”a. Cari hesab açmağa, kart açmağa uyğun bilmədilər. Açıq-aşkar dedilər ki, sən qara siyahıdasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb.

“Məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən” dedilər. “Voobşem”, səviyyən uyğun gəlmir bizim banka”.

İlkin Rüstəmzadə bankın etdiyinin açıq-aşkar tərbiyəsizlik olduğunu vurğulayıb. O bildirib ki, bu, həm də cinayətdir:

“Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konstitusiyasına görə qadağandır. Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım.

Bir azdan Prezidentə də rəsmi şikayət ünvanlayacam. Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm. Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm”.