Beyləqan məktəbində baş verən qalmaqal artıq bir neçə gündür ki, həm mətbuatda, həm də sosial şəbəkədə geniş müzakirə obyektinə səbəb olub.
Beyləqan məktəbində baş verən qalmaqal artıq bir neçə gündür ki, həm mətbuatda, həm də sosial şəbəkədə geniş müzakirə obyektinə səbəb olub.
Məktəblinin sinif yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı video görüntüyə Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova aznews.az saytına açıqlama verərək bildirib ki, hadisə bir ay bundan əvvəl baş verib: “Yalandır, camaatın qızına şər atırlar. Orda zorlanma hadisəsi olmayıb. İnanın səmimiyyətimə, şagirdin yaxası belə açılmayıb. Hamımızın balası var. Opüşmək zorakılıq hadisəsidir? Opüşmək cinsi əlaqədə olmaq deməkdir? Mən videonu görməmişəm. Nə video? Belə bir şey yoxdur.
Beyləqan Rayon Polis Şöbəsindən isə belə bir zorlama faktının olmadığını, heç bir cinayət işinin açılmadığını bildirilib.
Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a açıqlamasında Beyləqan Rayon Təhsil Şöbəsinin müdirinin sözlərinə münasibət bildirib: “Təhsil müdirinin sözlərindən belə aydın olur ki, məktəblilər rahat şəkildə məktəbdə öpüşə bilərlər. Hörmətli müdir, sənin də təhsil şöbəsinin müdiri olmağın təhsil adamı olmağın demək deyil. Başınız o qədər neqativ hallara qarışıb ki, orta məktəbin funksiyası və dəyərləri yadınızdan çıxıb.
Sizin kimi çoxları təsadüf nəticəsində təhsilin idarə edilməsinə gəldiyinə görə təhsilin əsas məqsədlərindən xəbərləri yoxdur. Sizə xatırladım ki, orta məktəb öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək funksiyasını yerinə yetirir.
Ümumiyyətlə, harada baş verməsindən asılı olmayaraq, təhsil müəssisəsində baş verən bu tipli hadisələrə görə başda Təhsil Şöbəsinin müdiri olmaqla, təhsil müəssisəsinin rəhbəri, müavinləri, həmən sinifin rəhbəri, birbaşa əmək məcəlləsinin 70 ç bəndi ilə işindən azad edilməlidir.
Deyəsən, son dövrlərdə bir çoxu təhsil müəssisəsini əyləncə mərkəzi ilə dəyişik salıblar”.