Ekspertlər Çin əhalisinin azalmasını necə şərh edir?

Ekspertlər Çin əhalisinin azalmasını necə şərh edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin əhalisi artıq ikinci ildir ki, azalır. Milli Statistika Bürosunun məlumatına görə, ölkə əhalisinin sayında əvvəlki illə müqayisədə iki dəfə azalma qeydə alınıb. Bəs ekspertlər bu azalmanı necə şərh edir?

Tribunainfo.az xəbər verir ki, Dünyanın ən çox əhalisi olan ikinci ölkəsinin əhalisi son 62 ildə ilk dəfə 2022-ci ildə azalıb.

Çərşənbə günü dərc edilən məlumatlara görə, 2023-cü ilin sonuna qədər əhalinin sayı 1 milyard 409 milyon nəfər olub. Bu, 2022-ci il əhali ilə müqayisədə 2,08 milyon nəfər azalma deməkdir.

Mütəxəssislər bu azalmanın dünyanın ikinci ən böyük iqtisadiyyatının böyümə hədəflərinə təsir edə biləcəyinə diqqət çəkirlər.

Eyni şəkildə ölkədə şəhər əhalisinin artımı və doğum nisbətində rekord azalma nəzərə alınmaqla bu azalmanın gözlənildiyi bildirilir.

Qeyd olunur ki, Çin də sələfləri kimi sürətli sənayesizləşmə tendensiyası içərisindədir.

Honq-Konq Universitetinin əhali siyasəti üzrə eksperti professor Stuart Gietl-Basten deyir: “Bu, sürpriz deyil. Onlar dünyada ən aşağı doğum göstəricilərindən birinə sahibdirlər. Nəticədə əhalinin sayı azalmağa başlayır”.