Ekspertdən valideynlərə XƏBƏRDARLIQbackend

Ekspertdən valideynlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlarda psixoloqa gedən uşaqların sayı artmaqdadır. Bir tərəfdən sevindirici haldır ki, artıq insanlar psixoloqa getməyi kompleks halına salmırlar amma digər tərəfdən də ailələrdə uşaqların travma alması artmaqdadır. Bunun səbəbləri nələrdir, valideynlər nə etməlidir?

Bu barədə Tribunainfo.az-a açıqlama verən ekspert Nəcəf Allahverdiyev bildirib ki, uşaqların travma almasında təbii ki, böyüklərin, xüsusən də çox müstəsna rolu var. Bu rol həm uşaqların bilavasitə onlarla münasibətdə və digər tərəfdən valideynlərin özlərinin bir-biri ilə münasibətindən də qaynaqlanır.

Nəcəf Allahverdiyevin sözlərinə görə, bir müddət sonra məktəb, müəllim amili də qoşulur bu travmaların siyahısına. İlkin travma isə evdə yarana bilər.

“Bunun qarşısını almaq üçün valideynlər uşaqlarla münasibətdə düzgün tərbiyə üsullarından istifadə etməlidirlər. Uşaqların müxtəlif yaş dövrünə uyğun xüsusi tərbiyə metodları var onlardan istifadə edərək onlara düzgün motivasiya verməlidirlər. Eyni zamanda uşaqlarla düzgün rəftar etməlidirlər.

Digər əsas bir məqam isə özləri arasında olan konfliktləri də nəzarətdə saxlamalıdırlar. Təbii ki, konflikt olmayan ailə yoxdur. Bu konfliktləri, münaqişələri uşaqların yanında etmək qəti şəkildə olmaz. Həm ana həm də ata diqqətli olmalıdırlar. Hər biri də uşaqlarla kontakt yaratmalıdır. Çünki uşaqlar onlarla rahat söhbət edə bilməsi üçün bu çox vacibdir”.

Dəniz Pənahova