Bakıda 2 günlük vəziyyəti gördükdən sonra (yollar tıxac, metrolarda insan seli və s.) həqiqətən də şəhər yükünün azaldılması istiqamətində təcili və təxirəsalımaz işlər görülməlidir. Fikrimcə, ilk növbədə paytaxt köçürülməli, bundan əlavə regionlarda yeni iş yerləri açılmalıdır. Paytaxtdakı universitetlərin plan yerləri azaldılmalı, bölgələrdə yeni universitetlər yaradılmalı və mövcud universitetlərdə plan yerləri artırılmalıdır.
Tribunainfo.az xəbər verir ki, bu təkliflərlə təhsil ezrə ekspert Elçin Əfəndiyev çıxış edib. O bildirib ki, paytaxt üçün Gəncə, Şamaxı və Sumqayıtı düşünmək olar. Gələcək üçün isə Ağdamı:
“Şamaxı, Şəki və Laçında dövlət universiteti yaradılmalıdır. Bölgələrimizdə əhalinin dolanışıq vəziyyətini yaxşılaşdırmaq üçün hazırda Bakıda olan bəzi sənaye sahələrinin köçürülməsi yaxşı olar. Bakıda artıq vəziyyət acınacaqlıdır. Təcili tədbir görülməsə gələcəkdə daha da pis olacaq”.
Nigar