Ekspertdən sərt cavab: “Çinin siyasəti işğal yox, iqtisadiyyatı qorumaqdır”

Ekspertdən sərt cavab: “Çinin siyasəti işğal yox, iqtisadiyyatı qorumaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə Çin arasında iqtisadi, ticarət və nəqliyyat sahələrində əməkdaşlıq son illərdə daha da genişlənir. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəflər yeni layihələrin icrasına maraq göstərirlər. Ekspertlər hesab edirlər ki, bu əməkdaşlıq ölkə iqtisadiyyatına investisiya axını, yeni iş yerləri və texnoloji yeniliklər gətirə bilər. Sosial şəbəkədə bu mövzu birmənalı qarşılanmayıb. Bunun investisiya deyil, işğal olduğunu, Çinin bütün ölkələrə yanaşmasının işğal xarakterli olduğunu vurğulayıblar.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bu işğal deyil, sadəcə özünü bir növ iqtisadi şoklardan, maliyyə sanksiyalarından qorumaqdır.

G. Hüseynovanın sözlərinə görə, bunu xüsusilə də böyük iqtisadiyyata malik ölkələr edir. Gürcüstan, Ermənistan kimi ölkələrin iqtisadiyyatı zəifdir. Bu ölkələrə hər hansısa iqtisadi sanksiya tətbiq olunsa, ölkə iqtisadiyyatı birbaşa çökəsidir. Azərbaycan isə bunun üstündədir. Çünki dövlət büdcəsinin əsas gəlirləri neft sektorundan gəlir.

“Bundan əlavə, Çinin iqtisadiyyatı tamamilə sənaye və istehsalatdan asılıdır. Çinin o qədər də təbii ehtiyyatı yoxdur ki, hər hansısa bir iqtisadi təzyiqlərə məruz qalanda, ölkənin iqtisadiyyatını böhrandan çıxarsın. Kiçik ölkələr üçün riks var amma böyük ölkənin iqtisadi təzyiqə məruz qalması bu tamamilə ölkənin məhvinə qədər gətirib çıxara bilər. Ona görə də investisiya yatırmaq və aktiv gəlir əldə etmək, eyni zamanda xarici valyutaya dayanan sabit gəlir əldə etmək mühümdür. Çinə ABŞ tərəfindən müxtəlif illərdə davamlı olaraq, hətta indi də müxtəlif təzyiqlər edilir. Çünki G5 ölkələri istəmir ki, başqa ölkələrin iqtisadiyyatı inkişaf etsin. Bu siyahıya Çin də daxildir. Çin ABŞ iqtisadiyyatı ilə hal-hazırda paralel olaraq yarışdadır. Çin öz iqtisadiyyatını qorumaq üçün bir sıra ölkələrə investisiyalar yatırır. Bu fonda Çinlə Azərbaycanı müqaisə etsək, Azərbaycan da belədir. Neft sektoru əsasında dövlət büdcəsi təşkil olunur. Qeyri-neft sektoruna nə qədər investisiya yatırılsa da xeyri yoxdur. Kənd təsərrüfatının, təhsilin, səhiyyənin inkişafı yoxdur. Ona görə də Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə əməkdaşlığa başladı. Çünki bu tranzit və sabit gəlirlərinin artması deməkdir. Bu siyasəti Azərbaycan kiçik bir dövlət olaraq icra edirsə, Çinin bunu etməsi işğal deyil”.

Dəniz Pənahova