Bakı Dövlət Nəqliyyat Agentliyinin yaydığı cədvəldə yeni tarif planı tətbiq olunun
Rayonlar üzrə qiymətlər və kilometrlər artırılıb. Lakin nə qiymətlər, nə də km-lər üst-üstə düşür. Belə ki rəsmi rəqəmlərə istinadən deyə bilərik ki, bəzi yolların kilometrləri tamamilə səhv göstərilib. Bu isə bilavasitə qiymətlərə təsir göstərir.
TİA.AZ xəbər verir ki, bu barədə Bizimyol.info-ya yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı açıqlama verib. O qeyd edib ki, əgər o rayonların sakinləri arasında əlində əsas olan və bunu sübut edə biləcək əsasları ortaya qoya bilən şəxslər varsa bunu gizlətməməlidir. Çünki yeni bir sistem qurulur, bu yeni qiymət artımıdır. Əgər bu gün nə isə səhv varsa, bu gələcəkdə də belə davam edəcək və insanların cibindən artıq pul gedəcək . Mən düşünürəm ki, o cür dövlət qurumu insanları bu həssas məqamda aldadaraq qəpik-quruşla sınağa çəkməz. Mən buna inanmıram.
“Həmin siyahını Dövlət Avtomobil Nəqliyyat xidəti yayıb. Biz də siyahını gözdən keçirib araşdırdıq və aidiyyatı qurum olan Dövlət Avtomobil Nəqliyyat xidməti ilə dəqiqləşdirdik. Onlara iradları bildirdik ki, Bakı-İsmayıllı istiqamətində yol 180-190 km təşkil edirsə, necə olur ki, siz yolu 260-230 km hesablayırsınız. Onların cavabı belə oldu ki, istiqamələr müəyyən olunarkən bütün məqamlar nəzərə alınır. Məsələn, Ağsu aşırımları iri avtobusların hərəkəti üçün yaralı deyil və orada dəfələrlə yol nəqliyyat hadisələri baş verib. Buna görə də onlar alternativ yolla hərəkət edirlər, Məsələn, Kürdəmir yolu və digər yollarla. Eyni zamanda biz Gəncə şəhərinin hər hansısa bir qəsəbəsinə başqa bir yolla da gedə bilərik, ancaq marşrut elə müəyyənləşdirilir ki , mütləq Gəncə şəhərinin Mərkəzi Avtovoğzalına daxil olmalıdır və oradanda hansısa marşrut üzrə həmin qəsəbəyə hərəkət etməlidir. Biz şəxsi maşınla gedərkən özümüzə lazım olan qısa yolu hesablayırıq, amma marşrutun qısa yolu başqadır. Mən düşünürəm ki, əgər o rayonların sakinləri arasında əlində əsas olan və bunu sübut edə biləcək əsasları ortaya qoya bilən şəxslər varsa bunu gizlətməməlidir. Çünki yeni bir sistem qurulur, bu yeni qiymət artımıdır. Əgər bu gün nə isə səhv varsa, bu gələcəkdə də belə davam edəcək və insanların cibindən artıq pul gedəcək. Əsas varsa ortaya qosunlar bizdə siz də bunu ictimailəşdirib qarşısını alaq. Mən düşünürəm ki, o cür dövlət qurumu insanları bu həssas məqamda aldadaraq qəpik-quruşla sınağa çəkməz. Mən buna inanmıram. Bu heç də səmimi görünmür.
Qiymət artımı ərəfəsində insanlar çox aqressiv olur. Hansısa dövlət qurumunun bu durumdan faydalanmağa çalışması düzgün hal deyil. Ona görə vurğuladım ki, kiminsə əlində fakt varsa bunu ictimailəşdirmək lazımdır. Yenə də vurğulayıram, biri var Ağsu aşırımı ilə gedərək qəzaya düşmək, biri də var uzaq olsa da Kürdəmir yolu ilə gedib mənzil başına sağ-salamat çatmaq’’.