Ekspert yastığın altına telefon qoyub yatmağın zərərini açıqladı

Ekspert yastığın altına telefon qoyub yatmağın zərərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu, beynin və vegetativ-damar sisteminin işinə mənfi təsir göstərə bilər.
TİA.AZ xəbər verir ki, bu sözləri SafeNet NTI regional mühəndislik mərkəzinin rəhbəri Denis Kuvikov həkimlərin telefonu yastığın altına qoyub dincəlməyi tövsiyə etməmələrinin səbəbini izah edərkən deyib.
“Orqanizminizi qorumaq üçün yatmazdan ən azı bir saat əvvəl telefondan istifadəni dayandırmalısınız”, – ekspert VM.RU-ya müsahibəsində deyib. Onun sözlərinə görə, telefon ekranının mavi işığı gözlərə, bioloji ritmlərə mənfi təsir etdiyindən yatmazdan əvvəl telefondan istifadə etməyiniz yuxusuzluğa səbəb ola bilər. Smartfondan uzun müddətli istifadə baş ağrısına və hətta yaddaşın pozulmasına, göz degenerativ xəstəliklərinə də səbəb ola bilər.
Həkimə görə, yuxunu təhlil etmək və izləmək üçün fitnes qolbağı istifadə etmək daha yaxşıdır. Telefonu isə çarpayıdan uzaqda, dolabın və ya stolun üstünə qoyun.
Və təbii ki, smartfonu yastığın altına qoymamalısınız, çünki o, beyinə mənfi təsir edəcək elektromaqnit dalğaları yaymağa davam edir.