Ekspert ÜSYAN etdi: “Qaragüruh yenə müəllimlərə hücum çəkəcək…”

Ekspert ÜSYAN etdi: “Qaragüruh yenə müəllimlərə hücum çəkəcək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum görüntülərlə bağlı qaragüruh yenə müəllimlərə hücum çəkəcək bu mövzuda, halbuki əsas günahkar və məsuliyyətsizlər valideynlərdi! Ailə dəyəri olmayanlar ailəni də məhv edər, cəmiyyəti də, dövləti də!

Tribunainfo.az yazır ki, bu fikirlərlə təhsil eksperti Elçin Əfəndiyev çıxış edib. O bildirib ki, bu kimi hadisələrin səbəbi həm də odur ki, bir çox valideyn övladından xəbərsizdir:

“Əksəriyyəti əlinə telefonu alıb bütün günü sosial plaformalarda yatır, bir qismi televiziyada yayımlanan bayağı, insan psixologiyasını məhv edən verilişlərə baxır. Hər iki tərəf də bahalı telefonları alaraq övladlarına verib, amma anlamırlar ki, bununla zapalı çəkilmiş qumbaranı övladlarına vermək demək olar ki, eyni şeydir.
Övlada nəzarət yox, nəinki dərsilə, tərbiyəsilə də məşğul olmurlar. Amma danışmağa gələndə hücum obyekti tapılır: məktəb, təhsil, müəllim!”.