EKSPERT: “SƏNƏDSİZ JURNALİST GƏLƏCƏYİNİ DÜŞÜNMÜR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu problem ümumi problem olmaqla, təkcə mətbuatda deyil, iqtisadiyyatın xidmət sektorunda, eləcə də tikiti sektorunda da geniş yayılıb”. 

Bu problem ümumi problem olmaqla, təkcə mətbuatda deyil, iqtisadiyyatın xidmət sektorunda, eləcə də tikiti sektorunda da geniş yayılıb”.

Bu sözləri TİA.AZ-a jurnalistlərin sənədlərində olan saxtakarlıqla bağlı məsələyə münasibtini bildirərkən iqtisadçı- ekspert Pərviz Heydərov deyib. 

Onun sözlərinə görə, jurnalistika sahəsində də problem yaşanır:

“Son vaxtlar hökumət xüsusən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə, problemləri aradan qaldırmaq üçün müəyyən addımlar atılıb. Amma problem həll olunubmu? Xeyr. Yenə də əmək müqaviləsi olmadan bu və ya digər yerlərdə çalışan işçilərin sayı olduqca  çoxdur. Hətta mən deyərdim minlərlədir”.

Ekspert deyir ki, problemi işəgötürənlə yanaşı bilavasitə işçi özü də yaradır. Çünki onlar gündəlik,  aylıq qazancları ilə kifayətlənir və  yalnız onu düşünür, gələcəkləri  barədə heç bir plan qurmurlar:

“İstər xidmət sektorunda, istər tikinti, istər isə mətbu orqanıda çalışan vətəndaşların özlərində günah çoxdur. Harda işə qəbul varsa, birinci vətəndaş  özü maraqlı olmalıdır ki, onunla əmək müqaviləsi bağlansın. Hökumətin  qanunvericilik yolu ilə güzəştləri və elə imkanları olur ki, qeyd olunan işçi kateqoriyası bundan yararlana bilmir. Əlbəttə ki, bu və ya digər mətbu orqanında çalışan jurnalist ortada əmək müqaviləsi yoxdursa, onun stajı qeydə alınmayıbsa, onun mənzil və sosial vəziyyətinin necə olmasından asılı olmayaraq, o dövlətin həmin ixtisas sahibinə yaratdığı müvafiq güzəştlərdən qəti şəkildə istifadə edə bilməyəcək”.

P.Heydərov deyir ki, mətbuat sahəsindəki problemin ikinci tərəfi isə bu gun KİV-də öz ixtisasına uyğun olmayan insanların jurnalistika sahəsində çalışmasıdır:

“Jurnalistika yaradıcılıqa bağlı bir sferadır, elə  bir peşə növüdür ki, daxili bir bacarıq təşkil edir. Heç kəsi inkar etmək  olmaz ki, sən bu mövzünü yaza bilməzsən. Əgər onun daxilində  yaradıcı qabiliyyət varsa, o jurnalistika  sahəsində çalışa bilər. Amma söhbət sırf bilavasitə peşənin özündə gedirsə. Əlbəttə, KİV-də müxtəlif ixtisas sahiblərinin gündəlik qazanc məqsədilə  çalışmaları, “baş girləmələri” heç də müsbət hal deyil. Əmək müqaviləsinin bağlanması probleminin həll olunması ilə yanaşı, bu cəhət də mütləq aradan götürülməlidir”.

Redaksiyaların çoxunda mühasibatlıq vəzifəsinin olmamasına da diqqət yetirən ekspert deyir ki, əslində istənilən iqtisadi subyekt hökumət qarşısında, bilavasitə Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu qarşısında məsuliyyət daşıyır:

“Bunun müəyyən ödəmələri olur. Həm əmək haqqına, həm  kommunal xərclərə, həm də digər xərclərə görə. Əgər bütün bunları mətbu orqanın  rəhbəri, redaktor və ya redaktor müavini həll edirsə, onda sual olunur. Onlar yaradıcılıqla  nə vaxt məsğul olurlar? Deməli, onların əsas marağı, fəaliyyətlərinin əsas qayəsini bir növ biznes  fəaliyyəti təşkil edir. Ona görə də KİV-də bu gün olan neqativ halların bir çoxu bundan qaynaqlanır. İstər qəzet olsun,  istər sayt olsun fərqi yoxdur. O,  işçisinə əmək haqqı verirsə, həmin əmək haqqıya görə, fiziki şəxslərdən gəlir vergisi də verməli, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmalar həyata keçirməlidir. Ancaq mətbu orqanın rəhbərliyi öz işçisi ilə əmək müqaviləsi bağlamamaqda ona görə maraqlıdır ki, o vergidən və sosial ayırmadan uzaq olur. Məsələnin kökü – rüsumlardan sırf yaxa qurtarmaq üçün işçi ilə əmək müqaviləsi bağlanmır,  bu da sonda işçinin özünün iqtisadi  maraqlarının mənafeyinin tapdalanması ilə nəticələnir”.

Ekspert qanunla əmək haqqı fondundan  22 %, işçinin əmək haqqında 3 %, fiziki şəxslərdən gəlir vergisi də 14 % təşkil etməklə (yaşayış minimumdan yuxarı olan hissədə tutulmaqla), Dövlət Müdafiə Fonduna köçürüldüyünü bildirdi.


İlahə