Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib
TİA.AZ-ın xəbərinə görə Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib.Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. “Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir”, – deyə R.T.Ərdoğan bildirib. Lakin Erdoğanın bu fikri də diqqət cəlb edib:“Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil”.Politoloq Elxan Şahinoğlu Ərdoğanın bu fikirlərini tia.az-a belə şərh edib: “ Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır.
Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib. Onda məntiqi sual doğur: Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil, Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.
NÜŞABƏ