Şəhərin mərkəzi küçələrdinə “AzParking” qiymətlərinin baha olması ilə bağlı narazılıqlar böyüyür.
Qaynarinfo xəbər verir ki, Multimedia Mərkəzinin direktoru Osman Gündüz parking üçün 2 saat 23 dəqiqə vaxta görə 3 manat ödədiyini qeyd edib. O bildirib ki, əgər tədbirin sonunadək qalsaydı, daha böyük məbləğ ödəyəcəkdi:
“5-6 manatdan keçmək lazım gələcəkdi. Bu isə düşünürəm ki, həmin müddət üçün hədsiz yüksəkdir”.
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında şəhərin mərkəzində nəqliyyatın hərəkətinin normal olduğunu qeyd edib:
“Əksər tədbirlər şəhərin mərkəzindədir. Düşünürəm ki, bu mərkəzdə olan tədbirlərə ictimai nəqliyyatla getmək daha faydalıdır. O ki qaldı parking qiymətlərinə, bunu hamı bilir. Vətəndaşlar tədbirə getməzdən əvvəl bunu nəzərə alsalar, daha yaxşı olar. Qoyulan qiymət budur. Bu tələblərə də əməl etmək hər bir kəsin borcudur”.
Elməddin Muradlı özəl parkinglərin baha olduğunu bildirib:
“Hədsiz dərəcədə yüksək qiymətlər tətbiq edirlər. Bu da normal vəziyyət deyil. Dövlətin nəzarətində olan parkinglərdə isə qiymətlər ucuzdur və ilk 15 dəqiqə pulsuzdur”.