“Bakı Ermənistana qarşı ekoloji və enerji müharibəsinə başlamağa hazırlaşır”.
Tribunainfo.az xəbər verir ki, bunu ekspert Davit Mkrtçyan deyib.
O iddia edib ki, Ermənistanda bir çox QHT-lər Paşinyan hökumətinin diktəsi ilə çalışır və onlar Azərbaycanla əlbir çalışırlar. “Neft Azərbaycan üçün nədirsə, mədən sənayesi də Ermənistan üçün həmin əhəmiyyəti daşıyır. Bu gün Azərbaycan məhz erməni QHT-ləri ilə birlikdə ekoloji məsələləri əsas tutaraq, həmin mədənləri hədəf seçiblər”.
Mkrtçyan onu da deyib ki, Paşinyanın komandası çox yaxın gələcəkdə ölkəni enerji böhranına sürükləyəcək. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin korlanması fonunda bu yaxın zamanda özünü büruzə verəcək.