EKSPERT: “MANAT AVROYA NİSBƏTƏN UCUZLAŞIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib”. 

“Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib”.

TİA.AZ xəbər verir ki, bu sözləri iqtisadçı- ekspet Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb: “Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Belə ki, dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyirinə işləyən faktorlardandır. Bu həftə Avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitiv notlar əlavə edəcəksə, o zaman avronun möhkəmlənməsi davam edə bilər”.

V.Bayramovun sözlərinə görə, bu arada manat da avroya nisbətən ucuzlaşmaqda davam edir:

“Əgər aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım idisə, indi 1 avro pulu üçün 2 manadan çox pul ödəmək lazımdır. Bu isə o deməkdir ki, son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb. ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızın başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmasına ehtiyac var”.

İlahə