İstehlak bazarında həm yerli, həm də ayrı-ayrı ölkələrdən idxal edilmiş və müxtəlif qiymətə kolbasalar satılır.
Bəzən marketlər və bazarlarda satılan kolbasaların etiketlərinin üzərində yazılanla tərkibinin uyğun olmadığının şahidi oluruq.
Bu hal isə istehsalla bağlı tələblərin düzgün yerinə yetirilməməsi ilə yanaşı, istehlakçı hüququnun pozulması və onların aldadılmasıdır.
Tribunainfo.az xəbər verir ki, “Xəbər Ertəsi” verilişində bir neçə adda kolbasanın keyfiyyətinin yoxlanması prosesi keçirilib.
Qida eksperti Məhsəti Hüseynovanın apardığı yoxlama nəticəsində insan sağlamlığı üçün ziyanlı ola biləcək faktlar ortaya çıxıb.
Eyni zamanda, məlum olub ki, kolbasaların tərkibində bir tikə də olsun ət yoxdur.
Bu məhsulların ətdən deyil, dəridən hazırlandığı aşkarlanıb. Məhsəti Hüseynova deyib ki, kolbasanın tərkibinə bir sıra ziyanlı inqridentlərlə yanaşı, insan orqanizmində xərçəng xəstəliyinə səbəb ola biləcək kimyəvi maddə də qatılır.
Onun sözlərinə görə, bu maddə bir çox hallarda kolbasaların etiketlərinin üzərində qeyd olunmur. (Xezerxeber.az)