“Dövlət İmtahan Mərkəzinin (DİM) ümumtəhsil müəssisələrində yeni təhsil proqramları və ona uyğun qiymətləndirmə meyarları ilə təhsil alan 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imatahanlarında təşkilatçılıq zəif olub”.
“Dövlət İmtahan Mərkəzinin (DİM) ümumtəhsil müəssisələrində yeni təhsil proqramları və ona uyğun qiymətləndirmə meyarları ilə təhsil alan 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imatahanlarında təşkilatçılıq zəif olub”.
TİA.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, soyuq havada saatlarla gözləyən uşaqlar, onların valideynləri imtahanlardan narazılıq ediblər.
“Müasir dünyada müşahidə olunan inkişaf tendensiyaları bir çox sahələrin, o cümlədən təhsilin və onun fəlsəfəsinin dəyişilməsi zərurətini yaradıb. Bunun nəticəsidir ki, “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib. Artıq 9 ildir ki, ölkəmizin ümumtəhsil müəssisələrində yeni təhsil proqramları və ona uyğun qiymətləndirmə meyarları tətbiq olunur. Bu, şagirdlərimizin yazı vərdişlərinin, məntiqi düşünmə qabiliyyətinin yeni ölçmə alətləri ilə qiymətləndirilməsinə kömək edir.
Bunu nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Birinci mərhələdə şagirdlərə oxuyub anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında ilk dəfə olaraq inşa (esse) yazıblar”.
K.Əsədov bildirib ki, sosial şəbəkələrdə və müxtəlif media orqanlarında DİM-in keçirdiyi bu imtahanlarda təşkilatçılıq məsələlərinin zəif olması ilə bağlı bir çox informasiyalar yer alıb. “Müşahidəmə görə, bir çox yerdə təşkilatçılıq zəif olub. Bu, soyuq havada saatlarla gözləyən uşaqların, onların valideynlərinin narazılığına səbəb olub. Ümidvarıq ki, Dövlət İmtahan Mərkəzi növbəti həftələrdə ölkəmizin digər bölgələrində keçiriləcək imtahanlarda təşkilatçılıq məsələlərinə və maarifləndirmə işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirəcək”.
Xatırladaq ki, martın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirildi. IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsiüçün qeyd olunan şəhər və rayonlarda 79 imtahan mərkəzi, imtahanların idarə olunmasına 244 imtahan rəhbəri, 2852 nəzarətçi‑müəllim ayrılıb.
40124 şagirdin verdiyi imtahanla bağlı təhsil eksperti Kamran Əsədov TİA.AZ-a şərh etdi. İmtahanların nəticəsindən razı qalmayan ekspert riyaziyyat tapşırıqlarının olduqca çətin olduğunubildirdi: “Bu mərhələ üçün pulsuz olaraq sınaq imtahanı olmalı idi. İmtahanda iştirak edənlərin böyük faizi cavab kartı ilə işləməyi bilmirdi. Bildiyi test tapşırığının cavabını cavab kağızında necə qeyd etməyi bacarmırdı. Bu mərhələdə şagirdlər maksimum 30 bal toplaya bilər. Amma ikinci mərhələ də var. Orda 70 bal toplanmalıdır. Yəni ikinci mərhələ əslində bu ayıbın üstünü örtəcək”.
İlahə