EKSPERT İMTAHANDAN KƏSİLƏN MÜƏLLİMLƏRİN MÜDAFİƏSİNƏ QALXDI

EKSPERT İMTAHANDAN KƏSİLƏN MÜƏLLİMLƏRİN MÜDAFİƏSİNƏ QALXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi müəllimlərin sertifikasiya imtahanından 11 min müəllimdən 743-ü kəsilib. Məhz bu səbəbdən həmin müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Tribunainfo.az yazır ki, təhsil eksperti Elşən Qafarov hesab edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə görə, həmin müəllimlərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna ziddir.

“İşəgötürən tərəfindən:
Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;
Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır”.