Uzun illər Gömrük Komitəsi ilə “güzgü statistikası” əsasında xarici ticarəti araşdıran müstəqil təhlilçilər arasında mübahisələr səngimədi.

Ekspertlər idxalın böyük həcmdə gizlədildiyini, bu yolla iri məbləğdə verginin büdcədən yayındırıldığını deyirdi, gömrük məmurları isə ağla gələn-gəlməyən arqumentlərlə təkzib edirdilər.
TİA.AZ afn.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev rəsmi gömrük statistikasına əsaslanaraq, gömrük əməliyyatlarındakı bəzi gizlinlərə işıq salıb: “2015-ci ilin 9 ayıda ölkəyə idxal olunan trikotaj və toxuculuq məmulatlarının dəyəri 35.6 mln. dollar olub. 2016-cı ilin 9 ayında bu göstərici 163.7 mln. dollara yüksəlib – 5 dəfəyə yaxın artım var.
2015-ci ilin 9 ayında ölkəyə idxal olunan ayaqqabı və baş geyimlərinin dəyəri dəyəri 5.9 mln. dollar olub. 2016-cı ilin 9 ayında bu göstərici 51.7 mln. dollara yüksəlib – 9 dəfəyə yaxın artım var.
Kimsə iddia edə bilməz ki, 1 ildə tələbat bu qədər artıb. Xüsusilə də əhalinin alıcılıq qabiliyyətinin sürətlə düşdüyü, qeyri-ərzaq mallarına tələbatın əvvəlki illərlə müqayisədə xeyli azaldığı şəraitdə geyim əşyalarına tələbatın birdən-birə 8-9 dəfə artması absurd arqument olardı. Məmurlar özləri də artıq etiraf edirlər ki, bu, gömrükdə islahalatlara çərçivəsində leqallaşmanın nəticəsidir. Görün neçə illərdi ölkə nə dərinlikdə bataqlığın içərisində boğulur. Sadəcə neftin çəkdiyi qara pərdə bunları görməyə imkan vermirdi. Bu pərdə qalxdıqca səhnənin arxasında gizli qalan heç nə olmayacaq…”