EKSPERT EMİN ƏMRULLAYEVİN İKİ İLLİK FƏALİYYƏTİNƏ “2” VERDİbackend

EKSPERT EMİN ƏMRULLAYEVİN İKİ İLLİK FƏALİYYƏTİNƏ “2” VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayevin tabeliyində olana hörmət və etimadı yoxdur. Savadlı və bacarıqlı şəxslərə qısqanclıq, təkəbbür, maraqların toqquşması və yanlış anlama kimi xüsusiyyətləri geniş miqyasda vüsət alıb.

Tribunainfo.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Elm və təhsil naziri Emin Əmrullayevin iki illik fəaliyyətini təhlil edəərkən bu fikirləri deyib. ekspert qeyd edib ki, “problemli davranış” nazirliyin fəaliyyətinin əsasını təşkil edir:

“Münaqişələrin həlli, şikayətlərin idarə edilməsi, təhsil xidməti çox bərbad vəziyyətdə təşkil edilir. Nazirlikdə uşaq vaxtı Bullinq tətbiq edənlərlə bullinqə məruz qalanlar arasında gizli bir çəkişmə gedir.

 


Nazirlikdə heç bir iş görmək istəməyən sabotajçılar (belələrini passiv-aqressiv şəxsiyyət tipinə aid edirlər), usanmadan hər şeydə nöqsan axtaranlar, susqunlar, deyingənlər, boşboğazlar, ah-vayçılar, şikayətçilər və bir çox başqaları da var.
Elm və Təhsil Nazirliyi xroniki lider çatışmazlığı xəstəliyindən əziyyət çəkir.
Liderlik, münasibətlərin qurulması, şəxslərarası ünsiyyət və şəxsi bacarıqların inkişaf etdirilməsi iki ildir ki, müşahidə olunmur.
Bütün səviyyələrdə – strateji, təşkilati və komanda səviyyələrində çalışan işçilərin açıq şəkildə pərakəndəliyi müşahidə olunur”.

K.Əsədov bildirib ki, nazirlik əməkdaşlarında liderlik və sosial məsuliyyət hissinin mövcudluğu haqqında danışmaq mümkün deyil:

“Məktəbində müəllim heyətinin peşəkar inkişafı istiqamətində saatlarla danışılsa da, reallıqda bu istiqamətdə heç bir fəaliyyətləri yoxdur”.

Tribunainfo.az