Əliyev qələbə elektoratının seçimidir və mütləq əksəriyyət onu 2020-ci il və sonrakı dövrün lideri kimi qəbul edir.
İlham Əliyevin mütləq səslə qələbəsi təbiidir. Çünki seçkinin nəticələrini post-müharibə dövrünün reallıqları öncədən müəyyən edirdi. Bu, təkcə seçicinin seçimində yox, aktivliyində də özünü göstərdi. Hətta ən radikal opponentlər belə seçkidə iştirak etsəydi, yenə nəticə dəyişməyəcəkdi.
Tribunainfo.az yazır ki, bu barədə dünən baş tutan növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, bəzən intelektual elita kimi təqdim olunan kəsim sadə insanların istəklərini, seçimlərini anlamır. Biz qələbəyə ac xalqıq və onu əldə edəndə qiymətləndirməyi də bilirik:
“Əliyev qələbə elektoratının seçimidir və mütləq əksəriyyət onu 2020-ci il və sonrakı dövrün lideri kimi qəbul edir. Bu situasiya seçkinin legitimliyini şübhə altına almaq istəyənlərin işini çətinləşdirir, çünki onların qarşısında bu dəfə Əliyev yox, qələbə elektoratı var idi”.
İmza:Roman