Ekspert “Azercel”in bu “yeniliyini” tənqid etdibackend

Ekspert “Azercel”in bu “yeniliyini” tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan, Ermənistan, Gürcüstan və digər ölkələrin mobil operatorları 5G şəbəkəsini genişləndirir, investisiyalar bu yöndə yatırılır. “Azercell” isə açıqlama yayır ki, 4G ilə bağlı hədəflərinə əzmlə addımlayır. Bu, qonşu ölkələrin və bizim mobil operatorlar texnoloji bərabərsizlik.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz “Azercell”in təqdim etdiyi “yenilik” haqqında danışarkən deyib. Mütəxəssis bildirib ki, bizim operatorlarla qonşu ölkələrin mobil operatorlarının prioritet mövzuları arasında kəskin texnoloji fərqlər var:

“Azercell açıqlama yayıb. Başlığını da “Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır” olaraq təqdim edib. Əla başlıqdır. Amma söhbət 4G-dən və bu texnologiya əsasında şəbəkənin yenilənməsi və genişləndirilməsindən gedir.
Qonşu ölkələrin operatorları da bu tip açıqlamalar verirlər və biz onları da diqqətlə izləyirik. Bizim operatorlarla onların prioritet mövzuları arasında kəskin texnoloji fərqlər var.
Qazaxıstan, Ermənistan, Gürcüstan və digər ölkələrin mobil operatorlarının bu tip açıqlamalarında söhbət 5G şəbəkəsindən gedir. İnvestisiyalar bu yöndə yatırılır. Müzakirələr bu istiqamətdədir.
Onların qlobal şirkətlərlə, Huawei, Nokia, Eriksson və digərləri ilə əməkdaşlıqları məhz bu yöndədir.
Ümid edirəm İKTA və mobil operatorlarımız da bu fərqləri görürlər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar