Ekspert: “AES bağlansa Ermənistanın enerji ehtiyacı Bakının əlində olacaq”

Ekspert: “AES bağlansa Ermənistanın enerji ehtiyacı Bakının əlində olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın yeni konstitusiyası türklərin və ingilislərin arzusudur”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Hayk Nahapetyan deyib.

O iddia edib ki, hazırda Azərbaycan və Türkiyənin əsas hədəfi Ermənistanda fəaliyyət göstərərn Metsamor AES-in bağlanmasıdır. Onun sözlərinə görə, nüvə enerjisi həm də AES-i yanacaqla təmin edən ölkədən enerji asılılığı deməkdir. “Avropa, Türkiyə və Azərbaycan Ermənistan AES-i bağlamağa cəhd edirlər. Bu, Böyük Britaniya, Türkiyə və Azərbaycan üçün ciddi məsələdir. Çünki Ermənistan AES-i bağlasa və Rusiya ilə münasibətləri korlayacaq. Bunun ardından isə Azərbaycan qazına keçəcək. Nəticədə, Ermənistanın enerjisini idarə etmək üçün klapan Əliyevin əlində olacaq”.

Fərda Uğur