Əksər nazirliklərin elektron hökumət xidməti bərbaddır – ekspert

Əksər nazirliklərin elektron hökumət xidməti bərbaddır – ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Dövlət Vergi Xidmətinin nəzərinə çatdırıram ki, uzun müddət davam edən problem bu il də həllini tapmadı. 15 ildir ki, ölkədə sistemli formada elektron hökumət quruculuğu prosesi gedir.
Xeyli də işlər görülüb.
Amma hələ də ən elementar məsələlər var ki, öz həllini tapmayıb.

Tribunainfo.az yazır ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, bu, bərbad xidmətdən xəbər verir:”Hələ də bəzi dövlət və özəl qurumlar, adında elektron sözü olan sənədin, elektron imza ilə imzalanan bir sənədin, yəni Elektron Qaimənin yenidən KAĞIZ formada printerdə çap edilməsini, əl imzası ilə imzalanmasını və yenidən, hətta kuryerlə göndərilməsini tələb edirlər.

Ümid edirəm İRİA və DVX bunun nə demək olduğunun fərqindədir”.