Tərtər rayonunda qətl hadisəsi törədilib.
Tərtər rayonunda qətl hadisəsi törədilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
TİA.AZ-ın məlumatına görə, Tərtər rayon sakini Hüseynov Vüqar Sabir oğlu mübahisə zəminində 35 yaşlı Tanrıverdiyev Qaraxan Rövşən oğluna iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Belə ki, V. Hüseynov bir müddət əvvəl arvadı Cəmilə Əhmədovadan ayrılıb. Bundan sonra C.Əhmədova Q.Tanrıverdiyevlə birlikdə ər-arvad kimi yaşayıb. Keçmiş arvadını qısqanan V.Hüseynov Q.Tanrıverdiyev və C.Əhmədovanın birgə kirayədə yaşadığı evə gələrək hadisəni törədib.
Faktla bağlı Cinayət Məclləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (report)