Əkrəm İmamoğludan təsirli paylaşım – “Afərin, Məhəmməd…” – VİDEObackend

Əkrəm İmamoğludan təsirli paylaşım – “Afərin, Məhəmməd…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında çox sayda insan aşkar edilərək xilas olunur. Bu şəxslərdən biri də Suriya vətəndaşı olan azyaşlı bir uşaq olub.

Tribunainfo.az  xəbər verir ki, uşağın görüntülərini İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu öz instaqram hesabında paylaşıb.

Onun sözlərinə görə, azyaşlının adı Məhəmməddir və o, Antakyada dağıntılar altından xilas edilib.
Görüntülərdən xilasedicilərin Məhəmmədə su verdiyini və sakitləşdirdiyini görmək mümkündür.
İmamoğlu “Afərin Məhəmməd” deyərək videoya şərh bildirib.