Silivri Həbsxanasında məhbus olan Əkrəm İmamoğlu bel ağrısı şikayəti ilə müayinə üçün xəstəxanaya aparılıb.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, İmamoğlu müayinəsindən sonra həbsxanaya qayıdıb.
Qeyd edək ki, dörd aydır Silivri Həbsxanasında olan Əkrəm İmamoğlu səhhətində yaranan problemə görə xəstəxanaya göndərilib. İmamoğlunun bel ağrısı şikayətindən sonra xəstəxanada müayinə olunduğu bildirilir. Lazımi yoxlamalardan sonra İmamoğlu yenidən Silivri Həbsxanasına göndərilib.
Dəniz Pənahova