Milli Məclisin bugünkü iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub. Müzakirı zamanı deputat Asim Mollazadə yaşayış mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib.
Milli Məclisin bugünkü iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub. Müzakirı zamanı deputat Asim Mollazadə yaşayış mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib.
Millət vəkili Hadı Rəcəbli və spiker Oqtay Əsədov isə bu fikrin leyhinə olaraq, Azərbaycanda belə bir praktikanın tətbiq edilməsini turizmin inkişafına təkan verəcəyini bildiriblər. Qanun layihəsinə təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov TİA.AZ-a məsələyə etirazını bildirib:
“İslamda şəhərə gələn qonaqlara yer verilməsi, onların yaxşı istirahət etməsi üçün şərait yaradılması icazəli hesab edilir. Allah Rəsulunun zamanında kiçik hücrələr düzəldilirdi, kimsəsiz insanlar, yolda qalanlar, müsafirlər burada gecələyib sonra yollarına davam edirdilər. Daha sonrakı dövrlərdə bunları karvansaralar əvəz etdi. Müasir şəhərləşmə prosesləri sürətləndikcə bunları otellər və hostellər əvəz etdi. İslam dininə görə halal çərçivələr daxilində otellərin və hostellərin tikilməsinə icazə verilir. Ancaq orada günahkarların barınmasına, zina və fahişəliyin yayılmasına dinimizə görə icazə verilmir. Biz islam dini baxımdan yanaşdıqda spirtli içkilərin də verilməsi dinimizə görə haram, günah hesab edilir. Ancaq dinimizin icazə verdiyi halal şərtlər daxilində otellər və hostellər fəaliyyət göstərə bilər. Xüsusi ilə başqa dinlərin mənsublarına belə halda bəzi əhalisi müsəlman olan ölkələrdə gizlin şəkildə spirtli içkilər də icazə verilir. Bütün bunlar qanunla tənzimlənir. Elə əhalisi müsəlman ölkələr var ki, orada qanunla spirtli içkilərin istifadəsi, alışı, satışı qadağandır. Ancaq bizim ölkəmizdə bu qanunla qadağan deyildir. Buna baxmayaraq, yenə də ən azından hostellərin fəaliyyətində qanunsuz işlərə yol vermək olmaz. Mən düşünürəm ki, bizim də ölkəmizdə bunlar qanunla tənzimlənir. Belə ki, hostellərdə fahişəliyin yayılmasına qanunla icazə verilmir. Belə hallar aşkarlandıqda qanunla tənzmilənən icraatlar həyata keçirilir. Xüsusi ilə bir çox otellərdə gecələyən cütlüklərin nikah kağızları tələb olunur. Bu həm dinimizə uyğundur, həm də qanunlarımızla tənzimlənir. Xülasə olaraq, hostellərin fəaliyyəti ölkəmizdə olan qanunlarla və dinimizin də göstərişinə riayət edərək fəaliyyətinə icazə verilə bilər. Çünki, hostel dedikdə gecələmək, qonaqlamaq, qalmaq üçün yer nəzərdə tutulur ki, buna da dinimizdə halal dairəsi çərçivəsində icazə verilir. Hostellər yaşayış binalarında olmamalıdır. Çünki belə olduqda həmin binada yaşayan digər insanlara əziyyət vermiş olursan. Hostellər otellərin kiçik forması olduğu üçün otellər kimi ayrıca tikilməlidir. Allah Rəsulunun zamanında da qonaqlar üçün tikilən hücrələr digər insanların evlərinin içərisində deyildi. Əlbəttə tamamilə kənarda idi. Biz islam tarixində də görürük ki, karvansaralar və otellər yaşayış yerlərindən kənarda ayrıca tikilir. Bu gün bir çox Avropa ölkələrində, hətta əhalisi müsəlman olan ölkələrdə belə hostellər yaşayış binasında deyil, yaşayış binasından kənarda xüsusi ayrıca tikilən binalardadır. Ümumiyyətlə, yaşayış binalarında şadlıq sarayları, mərasim evləri, otellər, hostellərin fəaliyyət göstərməsi dinimiz baxımından doğru sayılmır. Bu başqalarının istirahət hüququnu əlindən almaq, başqalarının haqqını tapdalamaq sayılır. Dinimizə görə də başqalarının haqqını tapdalamaq, hüquqlarını pozmaq böyük günah hesab edilir. Bu baxımdan hostellər yaşayış binalarında olmamalıdır. Bunu qanunla tənzimlədikdə gələcəkdə bu məsələəyə xüsusi diqqət ayrılması zəruridir. Kimsə gəlir əldə edəcək deyə, digər insanların haqqlarını, hüquqlarını pozmaq heç də dinimizdə xoş qarşılanmır. Bu baxımdan hostellərin yaşayış binalarında olması dinimizə görə halal və icazəli sayılmır”.
İlahə