Ekoloqdan Sumqayıt açıqlaması: “… su zəhərlidir” – SOS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə Sumqayıtda və Sumqayıtətrafı qəsəbələrdə insanların sudan kütləvi zəhərlənməsi qeydə alınıb.  

Son günlərdə Sumqayıtda və Sumqayıtətrafı qəsəbələrdə insanların sudan kütləvi zəhərlənməsi qeydə alınıb. 

Zərəçəkənlərin əksəriyyəti azyaşlı uşaqlardır. Bununla bağlı “Azərsu” açıqlama yaydı. A24.Az xəbər verir ki, ilkin açıqlamada zəhərlənmənin sudan olduğu bəlli oldu. “Azərsu” isə suyun yüksək standartlara cavab verdiyini açıqladı. Zəhərlənmələrin su filtrlərindən olduğunu açıqladı. Ölkədə yayılan digər məlumatların birində isə  kütləvi zəhərlənmənin müşahidə edildiyi ərazilərdəki suyun eyni kəmərdən gəldiyi  və içməli suya kanalizasiya suyunun qarışdığı qeyd edildi.
Azərbaycanda içməli suyun tərkibi ilə bağlı ekoloq Telman ZeynalovA24.Az-a açıqlama verərək qeyd etdi ki, müstəqillik əldə etdikdən sonra ölkədə içməli suyun tərkibi standartlara cavab verir. “Sumqayıtda baş verən hadisələrə gəldikdə isə onu deyə bilərəm ki, Sumqayıtda su kəməri xətləri 1940-ci illərdə çəkilib. Ola bilsin ki, kəmər deşilib və kanalizasiya suyu ilə qarışıb. Vaxtilə, prezident İlham Əliyev su boru xətlərinin dəyişdirilməsi üçün vəsait ayırmışdı. Həmin köhnə xətlər dəyişdirilməli idi. Bu, təxribat da ola bilər”. 


Ekoloq bildirdi ki, suyun, torpağın çirklənməsi qlobal problemdir. “Dünyada çirklənmənin səviyyəsi günü-gündən artır. Azərbaycanda indiyədək sudan zəhərlənmə halları olmayıb. Əgər Sumqayıt ətrafında suya epidemiya düşübsə, tez bir zamanda qarşısı alınacaq. Mən eşitdim ki, şəhərin bəzi yerlərində xlorlu su veriblər. Xlorlu su zəhərdir”.
Ekspert krantdan su içməyin sağlamlıq üçün təhlükə yaratmadığını bildirdi. “İnsan orqanizmi mikroba öyrəşməlidir, sağlam olmalıdır. Çirklənmiş dünyada yaşayırıq. Orqanizm dözümlü olmalıdır. Sadəcə olaraq dövlət orqanları işlərinə məsuliyyətlə, vicdanla yanaşmalıdırlar. Bir vaxtlar Dənizkənarı Bulvara iyidən-qoxudan çıxmaq olmurdu. Tədricən hamısı dəyişdi. Probelmlər həll edildi. Təcili olaraq köhnəlmiş su xətləri yeniləri ilə əvəz edilməlidir”.