backend

Ekoloq həyəcan təbili çalır:”MEŞƏLƏRİ MƏHV EDİRLƏR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ-a məktub ünvanlayan ekoloq Nazim Əliyev bildirir ki, hazırda bir qrup şəxs Lerik meşələrinin məhv olmasına çalışır. 

TİA.AZ-a məktub ünvanlayan ekoloq Nazim Əliyev bildirir ki, hazırda bir qrup şəxs Lerik meşələrinin məhv olmasına çalışır.

Bunu önləməyə çalışan meşəbəyilər isə müxtəlif təziqlərə məruz qalırlar:


“Bu günlərdə, konkret olaraq iyulun 1-də ürəkağrıdıcı bir hadisənin baş verməsi barədə xəbər eşitdim. Gecə saat 2 radələrində Lerik rayonunun Kirkan kəndi ərazisində Lerik MMBM-nin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayında qanunsuz ağac kəsintisinin qarşısını alarkən müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova soyuq silahla silahlanmış 14 nəfərlik dəstə tərəfindən ağır bədən xəsarətləri yetirilib

. Bəlkə kimsə deyər ki, burda nə var, adi bir hadisədir, insidentdir. 

 Amma təfərrüatlar, deyərdim ki, şok yaradır. Demə meşəçilərə hücum edənlər Lerikdə ağacların qırılması ilə bağlı dəfələrlə ETSN-yə şikayət hamısı Lənkəran rayonunun sakinləridir. Görün, bunlar məqsədli şəkildə nələrə əl atırlar? Şantajla adamları özlərinə tabe etdirməyə və çirkin niyyətlərinə çatmağa çalışırlar… Bu mütəşəkkil dəstə dəfələrlə qəsdən meşə işçilərindən şikayət edərək onları şantajla təzyiq altında saxlamaq istəmiş və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmağa çalışmışlar. Əslində işçilər meşələrin mühafizəsi zamanı  ayri- ayri belə şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər. Amma fədakar insanlar kiçik məvaciblə meşələri gecələr də meşə qıranlarladan qoruyurlar.

İndi baxın yazıq işçilər bilmirlər ağac əksinlər, yoxsa ağacları qıranlarla mübarizə aparsınlar.

Bəlkə də onların işi bütün peşələr içərisində ən ağır kateqoriyaya aiddir. Bir sözlə meşə mühafizəçilərini haqsiz yerə qınayanlar hər halda bunu yaddan çıxarmamalıdırlar ki, indiyədək qorunub saxlanılması, ölkənin yaşıl örtüyü məhz bu insanların əziyyəti sayəsində mümkün olub. Amma bu meşə qənimləri balta ilə gücü çatmayanda əllərində olan “media” resursları ilə şantaja əl atırlar.

Elektron media resurslarında meşələri qoruyanlara qara yaxılır.Məqsəd isə birdir. Onlar həmin iş yerlərinə öz qohumlarını, tanışlarını gətirmək istəyir. Bunun üçün şantaj edirlər, söyüş söyürlər, onların yerlərdəki adamları başlayırlar meşəçiləri döyməyə, yaralamağa, öldürməyə.

Bir sözlə ,zülm çəkən yenə də meşəçidir. Düzdür, meşəçilərin içində də vicdanlısı da var, vucdansızı da, vicdanlı bu çete dəstəsinin, şantajçıların əlindən zülm çəkir, meşələri qoruyur. Son dövrlər bir sıra reket saytlarda meşələrin qırılması ilə bağlı müxtəlif yazılar dərc olunur. Amma şantajla məşğul olan saytlar məsələyə birtərəfli yanaşır, əsil mahiyyəti araşdırmır, həyatları bahasına, min-bir əziyyətlə, mürəkkəb relyef şəraitdə meşələri qoruyan, meşə bərpası işləri aparan, yeni meşəliklər salan meşə işçilərinin əməyini qiymətləndirmir, əksinə bohtanlar atırlar. ETSN çalışır normal adamları işə götürsün. Bunlar isə öz adamlarını bu işə cəlb etməklə meşələri  yox etmək istəyirlər.

Beləliklə, meşələri istədikləri kimi talaya bilməyənər əllərində “mətbuat” dan istifadə edərək nazirliyin yüksək vəzifəlilərini şantaj etməklə istədiklərinə nail olmağa cəhd çalışırlar.

Buna görə də bəzən əsil həqiqətdə nələrin baş verdiyindən çoxları xəbərsiz qalır.


Ekoloq Nazim Əliyev