“Moskvanın Bakının “Azal”ın təyyarəsinin vurulması ilə bağlı müraciətlərinə biganə qalmasından təəssüflənirəm”.
Tribunainfo.az xəbər verir ki, bunu Belarus ekspert Borislav Osinçuk deyib.
Onun sözlərinə görə, bu hadisə Rusiyanın siyasi elitasında bir-birinə zidd yanaşmaya malik iki qrupun fəaliyyət göstərməsi ehtimalını gündəmə gətirir. “Biri Bakı ilə dialoqun tərəfdarıdır, digəri isə məqsədyönlü şəkildə münasibətlərin pozulmasına can atır”.
Osinçuk qeyd edib ki, əgər Moskva Bakının sorğularına cavab verməyibsə və cinayətkarları araşdırıb cəzalandırmayıbsa, deməli, son vaxtlar Rusiyanın Azərbaycanla danışıqları nəticəsiz qalıb. “İndiki vəziyyətdə Rusiya Azərbaycanla gərginlik yaratmaqdan heç bir şəkildə faydalana bilməz. Çünki münasibətlərdəki böhran Rusiyanın Cənubi Qafqazda siyasi mövcudluğunu tamamilə itirməsinə səbəb ola bilər”.
Fərda Uğur