Ehud Olmert xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin həbsdə olan keçmiş baş naziri Ehud Olmert xəstəxanaya yerləşdirilib. 

İsrailin həbsdə olan keçmiş baş naziri Ehud Olmert xəstəxanaya yerləşdirilib.

TİA.AZ xəbər verir ki, 71 yaşlı siyasətçi “Tel xa-Şomer” xəstəxanasına gətirilib.

O, infarkt şübhəsi ilə xəstəxanaya gətirilsə də bu, təsdiqlənməyib. Həkimlər onun xəstəxanada daha bir neçə gün müşahidə altında saxlanılacağını bildiriblər.

Qeyd edək ki, Olmert həbs edilən ilk İsrail baş naziri olub. Ona 27 ay həbs cəzası verilib. Keçmiş baş nazir həbs cəzasını korrupsiya və öz səlahiyyətlərindən sui-istifadəyə görə alıb.