Ehtiyyat hissələri: Köhnəsi təzələrindən qat-qat bahadır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülərin ölüxana kimi tanıdığı işlənmiş ehtiyyat hissələrinin satıldığı bazarlarda qiymətlər o qədər yüksəkdir ki, hətta orada xərcələnən pula eyni eytiyyat hissəsinin təzəsini də almaq olar.
 

Sürücülərin ölüxana kimi tanıdığı işlənmiş ehtiyyat hissələrinin satıldığı bazarlarda qiymətlər o qədər yüksəkdir ki, hətta orada xərcələnən pula eyni eytiyyat hissəsinin təzəsini də almaq olar. Necə deyərlər köhnəsi təzədən bahadır. Burada çalışanlar bu hissələrin orginal və uzun ömürlü olduğunu deyir. Təzə ehtiyyat hissələri satanlar isə yeni məhsuların heçdə onlardan geri qalmadığını bildirir.

İşlənmiş ehtiyyat hissələri olsada , təzələrindən qat-qat bahadır.

Son illər ölkəmizdə sürücülərin ölüxana kimi tanıdığu avtomobillər üçün işlənmiş ehtiyyat hissələri bazarında qiymətlər o qədər bahalaşıb ki, hətta ondan daha aşağı qiymətə təzə ehtiyyat hissəsi almaqda olur.

İşlənmiş ehtiyyat hissələri bazarında çalışanlar isə satdıqları detalların orginal olduqu üçün baha qiymətə təklif edildiyini bildirirlər.Ustalarda orginal ehtiyyat hissələrinə üstünlük verirlər. Sürücülərin isə bu mövzuda fikirləri müxtəlifdir.

Avtomobildəki bütün filtirlər, taxometr, rezin detlların işlənmiş alınması məsləhət görülmür. Çünki bu hissələr zaman keçdikcə öz funksiyasını itirir.

Satıcılar bildirir ki, təzə ehtiyyat hissələrindan tayvan istehsalı olanlar orginalına daha yaxın olur və özünü doğrultmuş mallardır. Amma modelin öz zavodu tərəfindən istehsal edilən təzə ehtiyyat hissələri baha oluğundan alıcısı da az olur.