Ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik), Azərbaycan Silahlı Qüvvələri və I Qarabağ müharibəsinin veteranı, Türkiyədə “RN NOVELTY” şirkətinin rəhbəri Akif Harif oğlu Qasımov Türkiyə Cümhuriyyətində vətənimizi qürurla təmsil edərək Türkiyə iş adamlarının LİDER PATRONLAR Birliyi və onun rəhbəri Mustafa Karadəmir tərəfindən ödüllə mükafatlandırılmışdır.
Öz vətənpərvərliyilə seçilən zabitimiz üzv olduğu “LİDER PATRONLAR HOLDİNG”-də Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə apardığı çoxşaxəli siyasətinə dəstək verməklə, haqq səsimizi Türkiyə ərazisində fəaliyyət göstərən yerli və əcnəbi iş adamlarına çatdırmaq məqsədilə bütün bilik və bacarığından istifadə edir və bundan sonra da həvəslə çalışacağını bildirir. Həmyerlimizi biz də səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Tia.az