“Həm Laçın, həm də Zəngəzur dəhlizləri ərazi mübadiləsinin bir parçası idi. Və bu İrana qarşı yönəlmiş addımdır”.
Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi iranlı sosioloq Ehsan Huşmənddir.
Onun sözlərinə görə, Bakı son anlaşmalarla Tehranla öz arasında məsafə yaratmağa çalışır. “Dəhliz məsələsində də Azərbaycanın maraqları üstün tutulub”.
Huşmənd etiraf edib ki, İranın Qafqaz siyasətində strateji çaşqınlıq yaşanır. “Bu səbəbdən bölgədəki proseslərdən kənarda qalır”.
Sosioloq sonda vurğulayıb ki, İran bu vəziyyətdən çıxmaq üçün bütün imkanlarını koordinasiyalı şəkildə səfərbər etməlidir.
Fərda Uğur