ƏHMƏD OBALINI İRAN QANINA QƏLTAN EDİB, YOXSA ŞƏXSİ MÜNAQİŞƏDİR? – İKİ RƏYbackend

ƏHMƏD OBALINI İRAN QANINA QƏLTAN EDİB, YOXSA ŞƏXSİ MÜNAQİŞƏDİR? – İKİ RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən şübhə etmirəm ki, Əhməd Obalı və oğluna qarşı törədilən hücumu İran xüsusi xidmət orqanlarının əməkdaşı həyata keçirib. Tehran rejimi bununla faktiki olaraq həm Obalının timsalında Güney Azərbaycana, eyni zamanda da Azərbaycanın özünə bir mesaj verir.

Bu sözləri Tirbunainfo.az-a açıqlamasında siyasi ekspert Turan Rzayev bildirib. O qeyd edib ki, bu təkcə Əhməd Obalı ilə bağlı bir məsələ deyil və şəxsi müstəvidə baş verməyib:

“Hadisəni şah rejiminin törətməsi ehtimalı inandırıcı görünmür. Rza şahın oğlu, yəni vəliəhd hazırda xaricdə müxalif qrupları bir araya toplayır. O ətrafında həm respublikaçıları, həm şah tərəfdarlarını, hətta Güney Azərbaycanın etnik fəallarını birləşdirərək İrandakı mövcud rejimi devirib, yeni sistem qurulmasının tərəfdarıdır.

Bəlkə də şah rejimi üçün Əhməd Obalı və Güney Azərbaycanlılar təhdiddir, amma bu təhdid passiv təhdiddir.

Real təhdid bu dəqiqə fars molla rejimidir.

Bu, İrandakı mövcud rejim tərəfindən törədilmiş xaincə bir əməldir və ümüd edirik ki, yaxın zamanda bu hadisəni törədənlər cəzalanacaqlar.

Bir il ərzində Azərbaycan xalqı üçün iki mühüm simaya qarşı hücum törədilib. Onlardan biri millət vəkilimiz Fazil Mustafaya qarşı törədilən xain əməldir, ikincisi isə “GünAz” TV-nin rəhbəri Güney Azərbaycan mühüm sima olan Əhməd Obalıdır. Bu hücumların heç biri cavabsız qalmamalıdır”.

ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı isə Günaz TV-nin rəhbəri Əhməd Obalının vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib ki, bu hadisədə terror izi yoxdur:


“Amerikanın təhlükəsizlik və kəşfiyyat orqanları var. Əhməd bəy özü də koma halında deyil. Danışır, məlumat verir. Hətta deyib ki, 6 nəfər idi və onları tanıyır.

Əgər terror aktı olarsa, Amerika dövləti, gizli servisi lazım olan raporu verəcək. Əgər açıqlamasalar, demək, adi savaş və toqquşma olub. Əhməd bəyin restoranı var. Müştərilər bəzən problem yaradır. Hadisə bu səbəbdən də ola bilər. Bunların hamısı ehtimaldır. Amma çox üzüldük və keçmiş olsun deyirik”.

M.Çöhrəqanlı İran hökuməti tərəfindən Amerikada yaşayan milli fəallara, həmçinin ona qarşı belə bir təhlükənin ola biləcəyini düşünmədiyini bildirib:

“Hiss edirəm ki, Amerikanın təhlükəsizlik orqanlarının nəzarəti altındayıq. Bizi qoruyur. 20 ildir buradayam, mənə qarşı bir hadisə və ixtilaf olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayaacq. Olsa da olsun. Azərbaycan televizyalarından birinə demişdim ki, bu fars-molla rejimi bizim maddi-mənəvi varlığımızı məhv etməkdədir. Biz ölməliyik ki, milli varlığımız ölməsin. Biz can və qan verməliyik ki, Azərbaycanımız yaşasın”.