Əhməd kimi təhlükəli insanlarla necə davranmaq lazımdır? – Həkim

Əhməd kimi təhlükəli insanlarla necə davranmaq lazımdır? – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər psixi problemi olan şəxs ətraf üçün təhlükə təşkil edirsə, aqressiyası varsa, dərmanları atmaqdan imtina edirsə ona yazığı gəlmək yox, onu məcburi, zorla müalicə müəssisəsinə göndərmək lazımdır. Əhməd Əhmədov kimi şəxslər məcburi qaydada, zorla müalicə müəssisəsinə yerləşdirilməlidir. Aqressiyası aradan qaldırılandan sonra o evde dərman müalicəsinə keçə bilər. Onların evdə müalicədən uzaq saxlanılması böyük təhlükədir.

Bu sözləri Tribunainfo.az-a tibb üzrə prpfessor Adil Qeybulla bildirin. O əlavə edib ki, psixi xəstəlikləri olan şəxslərin arasında da seçidlənmə olmalıdır. Yəni heç də hər psixi xəstə təhlükə demək deyil:

“Psixi xəstəliyi olan şəxslər ətrafı qeyri-adekvat qavrayan şəxslərdir. Qarabasmaları, təqib maniyaları olan, özünü böyütmə ideyaları olan şəxslər daim nəzarət altında olmaldır. İstər ambulator, istərsə də stasionar şəraitdə, amma nəzarət mütləqdir. Onların içində şzefreniya daha təhlükəlidir.


Bu şəxslərdə ilkin mümkün müayinələr aparılmalı, proses söndürülmüləli, aqressiya ardan qaldırılmalıdır. Ondan sonra həmin şəxslər konkret olaraq dərman müalicəsinə başlayırlar. Bəzi xəstələr var ki, dərman müalicəsi ömrü boyu davam edir. Bəzilərində isə fasilələrdə davam edə bilər. Ancq dərmanların qəbulu məcburidir. Bunu həkim müəyyən etməlidir.

Əgər psixi problemi olan şəxs ətraf üçün təhlükə təşkil edirsə, aqressiyası varsa, dərmanları atmaqdan imtina edirsə ona yazığı gəlmək yox, onu məcburi, zorla müalicə müəssisəsinə göndərmək lazımdır. Müalicə aparılıb özünə gətiriləndən sonra həkimin təyin etdiyi dərmanlar aəbul edilməlidir. Əks halda şəxs hamı üçün, özü və ailəsi, ətrafı, yoldan keçən hər kəs üçün təhlükədir.

Aqressiyası, qarabasmaları, təqib maniyası olan şəxsin ev şəraitində, ailənin içində qalması olduqca təhlükəlidir. Çünki onlar çox vaxt anlaqlı durumda olmurlar və belə bir vəziyyətdə onların cinayət törətməsi normaldır.

Belə xəstələr daimi həkim nəzarərində olmalıdır. Daimi dərman qəbulu vacibdir”.

Nigar